CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Statistika Komitəsi həyəcan təbili çaldı: qızları öldürürlər

CC0 / Greyerbaby / girlQız uşağı
Qız uşağı - Sputnik Azərbaycan
Abunə olmaq
Selektiv abortlar sayəsində qız uşaqları doğulmadan məhv edilir, oğlan uşaqları isə doğulur

BAKI, 23 aprel — Sputnik. “Mən oğul anasıyam”, “Oğlum dünyaya gəldi”, “Oğul atası olmaq başqa hissdir”. Bu ifadələri çoxumuz tez-tez eşidirik. İnsanlar oğul övladı dünyaya gələndə, onun gəlişinə qurbanlar deyir, toy–bayram edirlər. Bir çox ailələrdə qız övladı arzulanmır. Elə dünyaya gələn uşaqların statistikasına nəzər salanda da bunu görmək mümkündür.

Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edir ki, bu da hər doğulan 100 qıza 112 oğlanın (bioloji norma 105-107 təşkil edir)düşməsi deməkdir.

Tonq Fuok Fu adlı vyetnamlı abort zamanı məhv edilən körpələrin meyitlərini alaraq məzarlıqda dəfn edir - Sputnik Azərbaycan
O, abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və...

Statistikaya nəzər salsaq, deyə bilərik ki, son illərdə qız uşaqlarının doğulmadan məhv edilməsi, abort halları artıb. Əksər ailələrdə hamiləliyin müəyyən dövrlərində uşağın cinsi USM-lə müəyyən edilir. Selektiv abortlar sayəsində qız uşaqları doğulmadan məhv edilir, oğlan uşaqları isə doğulur.

Biz nə zaman qız düşməni olduq?

Rusiya Psixoloqlar Assosiasiyasının üzvü, psixoloq Ramin Hacıyevin sözlərinə görə, oğlan uşaqları bütün Şərq dünyasında arzuediləndir. Qız uşaqlarına antipatiya, oğlan uşaqlarına maraq Şərq cəmiyyətlərindən olan hər kəsin beynində şüuraltı olaraq mövcuddur.

"İnsanlar oğlan uşağını ona görə arzulayır ki, oğlan soyadını daşıyır və nəslin davamçısı hesab edilir. Hər bir insan düşünür ki, ailədə oğlan uşağının dünyaya gəlməsi ailə təməlinin möhkəmlənməsinin zəmanətidir. Hətta bəzi insanlar düşünür ki, qadın yoldaşını daha çox sevərsə və hörmətlə yanaşarsa, oğlan uşağı dünyaya gətirə bilər. Yəni hətta belə düşüncəyə malik olan insanlar var. Bəzi qadınlar bu düşüncə ilə oğlan uşağına daha çox bağlı olurlar” — deyə psixoloq bildirib. 

Müsahibimizin fikrincə, bütün valideynlər oğlan uşağı ilə bağlı daha çox planlar qururlar. Hər bir kişi, oğlu olanda daha çox cavan qalmaq şansı əldə etdiyini düşünür: "Oğlu ilə futbol oynamaq, yeni dəblə geyinmək, sport üslublu avtomobillər, cavanların dinlədiyi musiqi nömrələrini yenidən kəşf edə bilmək düşüncəsi də atalarda oğul arzusunu daha da gücləndirir. Və oğlan uşağı dünyaya gəldiyi zaman bu arzular reallaşır".

Qadınlara gəldikdə isə onlar "oğul anası", qaynana olmağı arzulayırlar.

Məhz bu arzulara görə qız övladları elə ana bətnində ikən məhv edilir, abortun qurbanı olurlar. Psixoloq bildirir ki, qız uşaqlarının abort edilməsi hüquqi və etik baxımdan hec bir halda qəbul edilmir.

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, cəmiyyətdə abortla bağlı sualların ortaya çıxması birmənalı deyil: "Evli cütlüklər və münasibət quran şəxslər ailə qurmazdan öncə mütəxəssislərlə məsləhətləşsələr, ailə planlaşdırılması haqqında düşünsələr, belə suallar ortaya çıxmaz. O ki qaldı qız uşaqlarının ana bətnində öldürülməsinə, bu, sadəcə vəhşilikdir. Əgər bu uşaq arzulanmayan uşaqdırsa, onu əvvəlcədən düşünmək lazımdır. Amma hansısa uşağı qız olduğuna görə abort etmək, həm insanlığa sığmayan bir hərəkətdir, həm də günahdır”.

Sosioloq hesab edir ki, abort halları Azərbaycanda olduğu kimi bütün dünyada geniş yayılıb. Buna görə hətta bəzi ölkələrdə abort edənlər və aborta məcbur edənlər cinayətə cəlb edilir: "Əgər hamiləlik təcavüz nəticəsində yaranıbsa, natamam ailədədirsə, arzuolunmaz münasibətdən yaranıbsa, ananın həyatı uşaq böyütmək üçün uyğun deyilsə, uşaq abort edilə bilər. Çünki bu uşaqların gələcəyi şübhə altındadır."

Ginekoloq Yayla Babayevanın sözlərinə görə, abort çox zaman uşağın xəstə doğulacağı müəyyən edildikdə, uşağın və ya anasının sağlamlığına böyük problemlərin olduğu zaman həyata keçirilir. Övlad istəməyən təsadüfi hamilələr isə hamiləliyin ikinci həftəsində buna son verməyi qərara alırlar. Amma bilə-bilə qız övladını öldürənlər də az deyil.

Hamilə qadın - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda abortlar qadağan ediləcək

"Əslində 10 həftədən sonra abort etdirmək olmaz. Buna icazə verilmir. Dölün ana bətnində olduğu müddət USM vasitəsilə müəyyən edildikdən sonra abort həyata keçirilir” — ginekoloq bildirir. 

Hüquqşünas Elnur Aslanovun sözlərinə görə, abort hallarının geniş yayılması həm də qadınların həyat və sağlamlığına mənfi təsir göstərəcək halların geniş vüsət alması ilə bağlıdır. Bununla əlaqədar, Cinayət Məcəlləsinin 141-ci maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə iki yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə üç yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Xəbər lenti
0