BAKI, 22 aprel — Sputnik. Əfqanıstanın Bəlx əyalətində hərbi hissəyə hücum olub. Hücumu "Taliban" hərəkatının üzvləri gerçəkləşdirib. Sputnik Türkiyə xəbər verir ki, hadisədə 140 əfqan hərbçisi ölüb, yüzdən çox əsgər isə yaralanıb.
Əfqanıstan ordusundan verilən məlumata görə, hücumu reallaşdıran 10-a yaxın "Taliban" üzvü hərbi forma geyindikləri üçün diqqətdən yayınıblar.
Ərazidəki Amerika hərbçilərinin dediyinə görə isə həyatını itirənlərin sayı 50 nəfərdir. Onlar 150-ə yaxın əsgərin yaralandığını bildiriblər.