İsrail bu ölkəni havadan vurdu

© AFP 2024 / JACK GUEZİsrail qırıcı təyyarə,arxiv şəkli
İsrail qırıcı təyyarə,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail sonuncu dəfə martın 17-də Suriyanı bombalamış və bölgədə gərginlik artmışdı

BAKI, 22 aprel — Sputnik. İsrailə məxsus hərbi təyyarələr Suriyanın Kuneytra bölgəsindəki rejim mövqelərinə hava zərbələri endirib. Bu barədə Sputnik-ə Suriya ordusundan məlumat verilib.

"İsrailə aid təyyarələr yerli vaxtla 18.45-də işğal altındakı Qolan təpələrinə yaxın bir bölgədən ordumuzun mövqelərinə iki ədəd raket atıb. Hücum maddi ziyana səbəb olub" — ordudan bildirilib.

Suriya hərbi qaynaqlarından Sputnik-ə daxil olan məlumata görə, İsrailin hücumu, Suriya ordusunun terrorçuları Kuneytradan çıxarmaqda olduğu bir vaxtda reallaşıb. "İsrailin bu hərəkətləri, onlara yaxın terrorçu qruplarla mübarizəni dayandırmayacaq" — açıqlamada qeyd olunub.

İsrail sonuncu dəfə martın 17-də Suriyanı bombalamış və bölgədə gərginlik artmışdı.

Xəbər lenti
0