BAKI, 22 aprel — Sputnik. Suriya prezidenti Bəşər Əsəd, ölkəsinin adının dəyişə biləcəyini deyib. O, bu barədə Sputnik-ə özəl müsahibəsi zamanı bildirib. Əsəd, Suriya Respublikasının rəsmi adında "Ərəb" sözünün olması ilə bağlı problemin referendum yolu ilə həll edilə biləcəyini söyləyib.
"Ancaq, indi bundan danışmaq üçün hələ tezdir. Çünki müharibə şəraitindəyik. Gələcəkdə Konstitusiyada razılıq əsasında ortaq məxrəcə gəlmək olar. Əgər suriyalılar "ərəb dövləti" ifadəsinə inanmırsa, bundan istifadə etməyin nə mənası var? Sadəcə hökumət buna inandığı üçün? Xeyr, bizim üçün çoxluğun fikridir" — dövlət başçısı deyib.