Diş ağrısından birdəfəlik xilas olmağın yolu

© Sputnik / Sergey Krasnoukhov / Mediabanka keçidНа приеме у стоматолога
На приеме у стоматолога - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı alimlər dişləri kariesdən qoruyan “ömürlük”plomb hazırlayıblar

BAKI, 22 aprel — Sputnik. Rusiyadan olan bir qrup alim tərəfindən plombların istifadə müddətini uzadan, dişləri karies və mikroblardan müdafiə edən “ömürlük” nanomaterial hazırlanıb.

Rusiya mətbuatının yazdığına görə, alimlər yeni materialın stomatologiyada texnoloji inqilab yaradacağına inanırlar.

Nanohissəciklər özündə titan, dəmir, sink və digər metalların oksidini birləşdirir. Bir sıra eksperimentlərin nəticəsinə görə, qeyd olunan maddələrin cüzi konsentrasiyası belə orqanizmin özünün ifraz etdiyi təbii fermentlər kimi bütün zərərverici mikrob və bakteriyaları məhv edir.

Alimlərin sözlərinə görə, başqa stomatoloji materialların hazırlanmasında da nanohissəciklərdən ibarət xüsusi antibakterial əlavənin istifadəsi nəzərdə tutulur.

Xəbər lenti
0