Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Camala "Avroviziya-2017"də ikinci dəfə səhnəyə çıxacaq

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidДжамала (Украина), победившая в финале международного конкурса "Евровидение-2016"
Джамала (Украина), победившая в финале международного конкурса Евровидение-2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq müsabiqənin finalında ukraynalı ifaçının yeni mahnılarının dünya premyerası olacaq

BAKI, 22 aprel — Sputnik. Ukraynalı müğənni, "Avroviziya-2016"nın qalibi Camala "Avroviziya-2017"-də möhtəşəm şou ilə səhnəyə çıxacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Avroviziya" beynəlxalq musiqi yarışmasının saytında məlumat verilib.

Müğənni bu səhnəyə ikinci dəfə çıxacaq. O, müsabiqənin mayın 9-da keçiriləcək açılışında "Zamanyly" və "1944", mayın 13-də keçiriləcək finalında isə ilk dəfə oxuduğu, özünə aid olan "I Believe in U" sinqlı ilə çıxış edəcək.

Səhnəyə başqa məşhurların da çıxacağı gözlənilir. Lakin təşkilatçılar hələlik onların adlarını sirr saxlayır.

Bu müsabiqədə Azərbaycanı müğənni Diana Hacıyeva təmsil edəcək. O, "Avroviziya-2017"-nin mayın 9-da Kiyevdə keçiriləcək ilk yarıfinalına qatılacaq. Bu yarıfinalda İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Çernoqoriya, Finlandiya, Azərbaycan, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, İslandiya, Çexiya, Kipr, Ermənistan, Sloveniya və Latviya təmsilçisi çıxış edəcək.

Mayın 11-də keçiriləcək ikinci yarıfinalda isə bu ölkələrin nümayəndələri çıxış edəcək: Serbiya, Avstriya, Rusiya, Makedoniya, Malta, Rumıniya, Niderland, Macarıstan, Danimarka, İrlandiya, San-Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrail.

13 mayda keçiriləcək finalda isə "Böyük beşlik" ölkələrinin — Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyanın, müsabiqənin ev sahibi Ukraynanın, həmçinin yarıfinaldan finala keçən ölkələrin təmsilçiləri çıxış edəcəklər.

Azərbaycanın bu musiqi müsabiqəsindəki rəsmi təmsilçisi İctimai Televiziya kanalıdır (İTV).

Xəbər lenti
0