CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni açılacaq çimərliklərin sıyahısı məlum oldu

Abunə olmaq
Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərlik olacaq

BAKI, 21 aprel — Sputnik. Çimərlik mövsümü açılana qədər Azərbaycanda 21 çimərliyin yaradaılması planlaşdırılıb. Fins.az xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri  Əbülfəs Qarayev məlumat verib.

Bildirib ki, onlardan Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərlik olacaq. Eyni zamanda nazir vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.

Qarayev Azərbaycanda çimərlik standartının hazırlandığını da bildirib. Onun sözlərinə görə, çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanaraq təsdiq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub.

Xəbər lenti
0