Etiraz aksiyaları şiddətlənir, 600 nəfər göz altına alınıb

© AP Photo / Ariana CubillosVenesuelada hökumət əleyhinə kütləvi etiraz aksiyaları
Venesuelada hökumət əleyhinə kütləvi etiraz aksiyaları - Sputnik Azərbaycan
Abunə olmaq
Polislə yaşanan qarşıdurmada 223 nəfər xəsarət alıb

BAKI, 21 aprel — Sputnik. Venesuelada hökumət əleyhinə kütləvi etiraz aksiyaları davam edir. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, polislə yaşanan qarşıdurmada 223 nəfər xəsarət alıb.

Mitinq başlayar-başlamaz polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi kütləni bərk qəzəbləndirib. Getdikcə gərginlik daha da böyüyüb. 600 nəfərə yaxın etirazçının həbs olunduğu bildirilir.

Qeyd edək ki, Venesuelada aksiyalar aprel ayının 4-dən etibarən davam edir. Etirazlara səbəb Ali Məhkəmənin parlamentin səlahiyyətini məşhdudlaşdırmasıdır.

Xəbər lenti
0