Rusiyadan Türkiyəni məyus edəcək açıqlama

© Sputnik / Yekaterina Shtukina / Mediabanka keçidRusiyanın nəqliyyat naziri Maksim Sokolov
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov - Sputnik Azərbaycan
Abunə olmaq
Maksim Sokolov: "Türkiyədəki siyasi gərginlik səbəbilə çarter reysləri hər an dayandırıla bilər"

BAKI, 21 aprel — Sputnik. "Türkiyəyə çarter reyslərinin dayandırılma ehtimalı hələ də aktuallığını qoruyur". Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz bundan öncə də bu barədə məlumat vermişdik. Türkiyədəki siyasi gərginlik səbəbilə çarter reysləri hər an dayandırıla bilər. Əlavə şərh verməyə ehtiyac görmürük" – M. Sokolov bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyadan Türkiyəyə edilən çarter uçuşlarında heç bir problem yaşanmadığını söyləmişdi.

Xəbər lenti
0