Bu ölkə Klinton prezident olmasın deyə, onun rəqibinin fonduna pul köçürüb

Abunə olmaq
Venesuelanın PVDSA dövlət neft şirkətinin ABŞ-dakı törəmə "Citgo Petroleum" şirkəti Trampın seçkiqabağı fondunun ən iri korporativ donorlarından olub

BAKI, 21 aprel — Sputnik. Venesuela, ölkədə davam edən iqtisadi böhrana baxmayaraq, ABŞ prezidenti Donald Trampın seçkiqabağı fonduna 500 min dollar köçürüb.

APA-nın "CNBC News" telekanalına istinadən verdiyi xəbərə görə, Venesuelanın PVDSA dövlət neft şirkətinin ABŞ-dakı törəmə "Citgo Petroleum" şirkəti, habelə "JP Morgan Chase" və "Exxon" korporasiyaları fondun ən iri korporativ donorları olub.

Bu məlumatlar Venesuela prezidenti Nikolas Maduronun əleyhinə etirazların qızışdığı bir vaxtda ortaya çıxıb.

Ağ Ev hələlik bu məlumatları şərh etmir.

Xəbər lenti
0