BAKI, 21 aprel — Sputnik. Amerikada yayımlanan məşhur "People" jurnalı 2017-ci il "Dünyanın ən gözəl qadını" adına aktrisa Culiya Robertsi layiq görüb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, jurnal artıq 5-ci dəfədir ki, bu kateqoriyada məhz Culiya Robertsi ilk sırada görür.
Cenifer Aniston və Mişel Prayfer isə bu ada 4 dəfə layiq görülüblər. Dünyanın ən gözəl qadını seçilərək "People" jurnalına manşet olan 49 yaşlı "Oskar"lı aktrisa, ilk dəfə 1991-ci ildə, hələ 23 yaşında olarkən "Gözəlçə" filmində oynadığı rolla bu jurnalda ən gözəl qadın seçilib.