BAKI, 21 aprel — Sputnik. Suriya prezidenti Bəşər Əsəd, ölkəsindəki terrorçulara Türkiyədən kimyəvi silahlar ötürüldüyünü deyib. O, bu barədə Sputnik-ə özəl müsahibəsi zamanı açıqlama verib.
"100 faiz əminəm ki, terrorçular kimyəvi silahları Türkiyədən alırlar. Bəli, məhz Türkiyədən. Əlimizdə dəlillər var. Həmin sübutların bəziləri bir neçə il öncə internetdə yayılmışdı" — Əsəd bildirib.
Suriya rəhbəri daha sonra deyib: "Terrorçuların pul, silah, yeni döyüşçülər və ehtiyac duyduqları əşyaları ala biləcəyi tək yol Türkiyədən keçir. Şimaldan başqa bir yolları yoxdur. Bu səbəblə, kimyəvi silahları Türkiyədən başqa heç yerdən gətirə bilməzlər".