BAKI, 21 aprel — Sputnik. Moldovada yağan güclü qar səbəbilə fövqəladə vəziyyət rejimi elan olunub. Sputnik Moldova xəbər verir ki, güclü qar əsasən paytaxt Kişinyovda özünü göstərib.
Bir nəfərin donaraq dünyasını dəyişdiyi, üç nəfərin isə donvurmadan xəsarət aldığı bildirilib. Mindən çox ağacın qırılıb aşması nəticəsində yüzlərlə avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, son 120 ildə ilk dəfədir ki, aprel ayında Moldovaya bu qədər qar yağıb.