BAKI, 21 aprel — Sputnik. "Əgər Böyük Britaniya istəsə "Brexit" prosesi ləğv oluna bilər". Sputnik Azərbaycan Express-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Antonio Tayani deyib.
Tayani bildirib ki, əgər Böyük Britaniyada keçiriləcək seçkilərdə Avropa İttifaqında qalma tərəfdarları qalib gəlsə, yəni hökumət dəyişsə, "Brexit" asanlıqla dayandırıla bilər.
"Prosedur çox asandır. Britaniya seçkilərdən sonra 50-ci maddəni yenidən müzakirə edə bilər. Onlar Aİ-də qalmağı düşünsələr, bu hər kəsin xeyrinə olar" — o qeyd edib.