BAKI, 20 Apr — Sputnik. Şəkidə avtomobil qəzası baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, Şəkidən Mingəçevir istiqamətində hərəkət edən mikroavtobus Şəkinin Dəhnə kəndində maneəyə dəyərək çevrilib. Avtobusda olan 23 sərnişindən 15-i müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlardan 7-si qadın, 5 nəfəri kişi və 3 nəfəri uşaqdır. Xəsarət alanlardan bir neçə nəfərə ilkin yardım göstərilib və onlar evə buraxılıblar.
Xəsarət alan 1932-ci il təvəllüdlü Eyvazova Güldərən İsabala qızı açıq kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Hadisə nəticəsində ölən yoxdur.