Uşaq evində tərbiyə almış Pərvanə Alcanova Rusiyanın NTV kanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!"də iki ay müddətində böyük səhnədə çıxışa hazırlaşıb. Vokal pedaqoqları onunla məşğul olub, boş vaxtlarında isə yeni dostları ilə əlaqə saxlayıb.
Pərvanə layihəni ikinci turdan tərk edib. Bu turda o, Azəraycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlunun "Sənin yolun" mahnısını ifa edib.