Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkədə 612 nəfər narkoman qadın qeydiyyatdadır

© Photo : J BoontjeНаркомания. Архивное фото
Наркомания. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə 2.142 nəfər narkoman qeydiyyata götürülüb

BAKI, 20 aprel — Sputnik. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, Mərkəzdə ötən ilin sonuna 29.448 nəfər qeydiyyatda olub. Bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib. Məlumata görə, onlardan 24.056 nəfər dispanser, 5.392 nəfər profilaktik qeydiyyatda olanlardır. Onlardan 5 nəfərin 18 yaşı hələ tamam olmayıb. 612 nəfər qadın, 183 nəfər toksikoman, 20.576 nəfər (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.

2017-ci ilin 3 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7256 nəfər keçib. Onlardan 403 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub və 252 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.

Həmçinin, cari ilin 3 ayı ərzində 833 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 308 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları", 519 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicəyə qəbul edilib.

Xəbər lenti
0