Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İcraçı direktor: “Dövlət QHT-lərin güclənməsini istəyir”

© Photo : ems.gov.azFərasət Qurbanov
Fərasət Qurbanov - Sputnik Azərbaycan
Abunə olmaq
Fərasət Qurbanov deyir ki, 2007-ci ilə qədər bizim ölkədə QHT-lər tam şəkildə xarici donorlardan asılı olub

Fərasət Qurbanov: “Dövlətin vətəndaş cəmiyyətini inkişaf etdirmək üçün siyasi iradəsi var”
Bu gün vətəndaş cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil. Bunu Sputnik Azərbaycana açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib:

“QHT vətəndaş cəmiyyətinin ən güclü institutlarından hesab olunur. Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT sektorunun gücləndirilməsi, onları ictimai problemlərin həllinə cəlb etmək üçün müəyyən tədbirlər həyata keçirir”.

“Əgər 2008-2009-cu illərdə bu sahədə müəyyən təcrübəsizliklər müşahidə olunurdusa, artıq zaman keçdikcə QHT-lər də təcrübə toplayıb, təkmilləşirlər. 2007-ci ilə qədər bizim ölkədə QHT-lər tam şəkildə xarici donorlardan asılı olub. Preizdent İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə QHT-lərə dövlət dəstəyi konsepsiyası qəbul olundu. Bu da dövlətin QHT-lərin fəaliyyətində maraqlı olduğunu, vətəndaş cəmiyyətinin inkişafında siyasi iradəsinin olduğunu ortaya qoydu” – deyə o bildirib.

Xəbər lenti
0