BAKI, 20 aprel — Sputnik. "Kürd qardaşlarımızın özlərinə aid dövlət qurma xəyalları, onların ən təbii haqqıdır. Buna qarışa bilmərik". Sputnik Azərbaycan T24-ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi həftəlik mətbuat konfransında deyib.
"Kürdlərin xəyalına heç kimin mane olmağa haqqı yoxdur. Ancaq belə bir zamanda, İŞİD-lə mübarizə davam edərkən, müstəqillik referendumu keçirmək həm Kürdüstan regional rəhbərliyinin, həm də İraq dövlətinin maraqlarına ziddir. Bəzi qonşu ölkələr, müstəqil Kürdistanı öz milli təhlükəsizliklərinə təhlükə olaraq görür. Düzdür, buna mane olmaq onların haqqı deyil. Ancaq reallığı da etiraf etmək lazımdır. Əgər referendum baş tutsa böhran olacaq. Səmimi sual verirəm, müstəqillik referendumu Ərbil-Bağdad əlaqələrində necə əks olunacaq? Kürd regional rəhbərliyindən bəzi rəsmilər deyir ki, referendum müsbət keçsə də, müstəqilliklə bağlı addım atmayacaq, İraqdan ayrılmayacağıq. Yaxşı, bəs bunu kürdlərə necə izah edəcəksiniz? Onda referendum keçirmək nəyə lazımdır?"