BAKI, 19 aprel — Sputnik. "Koreya yarımadası nüvə silahlarından təmizlənənə qədər Amerika yerində durmayacaq". Sputnik Azərbaycan Washington Times-a istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan ABŞ-ın vitse-prezidenti Maykl Pens, bu ölkənin Baş naziri Şinzo Abe ilə görüşündə deyib.
"Şimali Koreyanı nüvə silahlarından təmizləyənə qədər mübarizəmiz davam edəcək. Qərarlı duruşumuzdan heç kim şübhə etməsin" — Pens bildirib.
O, əminliyini ifadə edib ki, beynəlxalq birliyin diplomatik və iqtisadi təzyiqləri Koreya yarımadasında nüvə fəaliyyətini dayandıra bilər: "Yapon dostlarımız əmin olsunlar ki, onlara qarşı edilə biləcək istənilən təxribatda ABŞ onların yanında olacaq".