Mübahisə Konstitusiya məhkəməsində həll olunacaq

© Photo : PUBLIC DOMAINTürkiyə Ali Seçki Komissiyasının binası
Türkiyə Ali Seçki Komissiyasının binası - Sputnik Azərbaycan
Abunə olmaq
Komissiya referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciətləri rədd edib

BAKI, 19 aprel — Sputnik. Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) aprelin 16-da baş tutan referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciət əsasında iclası keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Komissiya referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciətləri rədd edib. Bu qərarın lehinə 10, əleyhinə 1 nəfər səs verib.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası, HDP və Vətən Partiyası Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumun nəticələrinin ləğvi üçün Yüksək Seçki Komissiyasına müraciət edib.

Xəbər lenti
0