BAKI, 19 aprel — Sputnik. 2016-cı ilin 9 ayı ərzində respublika ərazisində 10613 təbii və texnogen mənşəli hadisə baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu rəqəm 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1638 hadisə və ya 13% azdır. Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 192 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 55 nəfər xilas edilib və 812 nəfər təxliyə olunub.