Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 19 aprel — Sputnik. Şəkinin Baş Laysqı kənd sakinləri, 28 yaşlı Elvin Cəbiyev və 20 yaşlı Elvin Əbdürəhimov 4 evdə soyğun törədiblər. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Şəki ŞPİ-dən məlumat verilib.
Onlar həmkəndliləri Fikrət İbrahimov, Bəhram İbrahimov, Cahangir Həmidov və Kamandar Mustafayevin evlərindən ümumilikdə 7 ədəd samovar, 7 ədəd mis qazan, mis naqil və 1 ədəd güyüm oğurlayıblar. Oğurladıqları əşyaları dəmir qəbul edən məntəqələrə satıblar.
Aparılan istintaq nəticəsində hər iki şəxsi yaxalamaq mümkün olub. Faktla bağlı araşdırma aparılır.