Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə sahibsiz itlər insanlara hücum edir

CC0 / SplitShire / mad dogБешеная собака. Архивное фото
Бешеная собака. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Şəki sakinlərini küçədə it dişləyərək xəstəxanalıq edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Aprelin 18-i axşam saatlarında Şəki şəhər sakinləri — 82 yaşlı Pirməmməd Məhərrəm oğlu Mustafayev sağ baldır, 26 yaşlı Elnur Mafəl oğlu Hüseynov isə sol baldır nahiyəsindən it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi xəstəxanasına daxil olublar.

Müayinə zamanı məlum olub ki, onları küçədə sahibsiz it dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, analoji hadisələr Şəkidə tez-tez baş verir. Gecə-gündüz sərbəst gəzən quduz itlər azyaşlılar üçün daha çox təhlükə mənbəyi hesab olunur.

Xəbər lenti
0