BAKI, 19 aprel — Sputnik. OPEC-in baş katibi Məhəmməd Barkindo neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasının uzadılıb-uzadılmaması ilə bağlı qərarın mayın 25-də veriləcəyini bildirib. Sputnik Azərbaycan bloomberght-ə istinadla xəbər verir ki, Vyana anlaşmasına daxil olan bütün OPEC ölkələri və digər istehsalçıların hasilatı azaltmağa niyyətli olduğunu vurğulayan OPEC baş katibi həmin ölkələrin neft bazarına təkrar sabitlik qazandırmaq istədiklərini söyləyib.
Məhəmməd Barkindo Əbu-Dabidə keçirilən konfransda OPEC-in anlaşmanı uzadıb-uzatmaması ilə bağlı qərarını 25 mayda verəcəyini bildirib. O, veriləcək qərarın neft hasilatının azaldılması ilə bağlı 2016-cı il noyabrın 30-da əldə olunmuş anlaşmaya riayət edilməsinə nəzarət üzrə OPEC-in Monitorinq Komitəsinin hesabatlarına bağlı olacağını söyləyib.