BAKI, 19 aprel — Sputnik. İnsanın əlləri onun sağlamlığından və hətta bəzi xəstəliklərin riskindən xəbər verə bilər.
Sputnik Azərbaycan-ın Saglamolun.az-a istinadən verdiyi məlumata görə, insanın əlinin içi nə qədər enlidirsə, sağlamlığı da o qədər möhkəmdir.
Barmaqları qısa, əllərin içi enli olan insanlar tez-tez yuxarı təzyiqdən əziyyət çəkir.
Əlləri nazik, barmaqları uzun olan insanların sinir sistemi çox həssas olur, onlarda tez-tez meteohəssaslıq müşahidə olunur, stresslərə davamsız olurlar.
Əl içi kiçik olan insanlar vegetativ sinir sisteminin həssaslığı ilə seçilir, onlar tez-tez hipertoniya (aşağı təzyiq), bağırsaq problemlərindən əziyyət çəkir.
Əl içi ətli olan insanlar tez-tez qan dövranı problemlərindən əziyyət çəkirlər. Onlarda maddələr mübadiləsi zəif olur, qalxanvari vəzi problemləri mümkündür.