BAKI, 19 aprel — Sputnik. Dünən gecə Ankara Böyükşəhər Bələdiyyəsinin binasına atəş açılıb. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, hadisədə ölən və yaralanan olmayıb.
Hadisəni törədənlərin kimliyi naməlum olaraq qalır. Polisdən verilən açıqlamaya görə, binaya 3 güllə dəyib. "İstintaq davam edir" — polisdən bildirilib.