BAKI, 18 apr — Sputnik. Amerika Birləşmiş Ştatlarının savaş təhdidlərinə rəğmən, Şimali Koreya hökuməti nüvə başlıqlı ballistik raket sınağını davam etdirəcəklərini açıqlayıb. Sputnik Azərbaycan bu barədə "İndependent"-ə istinadən xəbər verir.
Şimali Koreyanın xarici işlər naziri Xan Son Ryol Britaniya mətbuatına özəl müsahibəsi zamanı, heç bir təhdidə boyun əyməyəcəklərini, Amerika ilə müharibədən qaçmayacaqlarını deyib: "Biz bundan sonra da uzunmənzilli raket sınaqlarını həyata keçirəcəyik. Bu sınaqlar həftəlik, aylıq və illik olacaq".
"Əgər ABŞ, ağılsızlığa yol verib hərbi yoldan istifadə etsə, bu, total müharibəyə çevriləcək" — Ryol bildirib.