Politoloq Anar Sadıxov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu, bütün regiona təsir edəcək: “İndi biz Türkiyənin bölündüyünü görürük. Müxalifət saxtakarlıq olduğunu və hakimiyyətin 3-4 faiz səsi öz xeyirinə hesabladığını iddia edir. Bununla bağlı həyacan artıb və bu, mütləq regiona mənfi təsir edəcək. Vəziyyətin sakitləşməsi lazımdır, lakin buna nə qədər zaman tələb olunduğu məlum deyil. Bundan sonra nə olacağı da bilinmir”.
“Referendumun Türkiyənin Azərbaycan və Rusiya ilə münasibətlərinə təsirinə gəldikdə isə, Ərdoğanın hər iki prezidentlə münasibətləri yaxşıdır. O, hakimiyyətdə olduğu dövrdə hər-hansı fors-major hadisə baş verməzsə, Türkiyənin Azərbaycanla dostluq, Rusiya ilə isə əməkdaşlıq münasibətləri olacaq. Təyyarə ilə bağlı vəziyyətə qədər Putinlə Ərdoğanın münasibətləri çox yaxşı idi, sonra qəfil pisləşmə oldu, indi isə onlar münasibətləri bərpa edirlər. Lakin Türkiyədə nələrin baş verməsindən asılı olmayaraq Azərbaycan Türkiyə üçün həmişə qardaş ölkə olacaq” — deyə o bildirib.