BAKI, 18 apr — Sputnik. Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 2 hakim, 3 heyət üzvü olub.
Sputnik Azərbaycan-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, helikopter yerli vaxtla saat 13.30-da radardan itib.
Helikopterdəki hakimlər seçki komissiyasının üzvləri olublar.
Axtarış-xilasetmə əməliyyatları üçün Diyarbəkirdən bir hərbi bölük və 10 xilasedici Tunceliyə göndərilib.
Qəzanın səbəbi hələlik məlum deyil.