BAKI, 18 apr — Sputnik. İŞİD terror qruplaşması “Əl-Qaidə” təşkilatına müttəfiqlik təklif edib.
APA-nın verdiyi xəbərə görə, bunu İraqın vitse-prezidenti İyad Ələvi bəyan edib.
Onun sözlərinə görə, bu barədə İraq və digər ölkələrdən məlumatlar daxil olmaqdadır.
“İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi və “Əl-Qaidə”-nin rəhbəri Ayman az-Zəvahirini təmsil edənlər arasında müzakirə və dialoq mövcuddur” — deyə İ.Ələvi bildirib.
Bununla belə, vitse-prezident terrorçu təşkilatları arasında mümkün müttəfiqliyinin detallarını açıqlamayıb.