CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Manatın yeni məzənnəsi ərzaq məhsullarının qiymətinə təsirsiz ötüşmədi

© Sputnik / Anar MustafayevMarket
Market - Sputnik Azərbaycan
Abunə olmaq
"Veysəloğlu" şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırdı

BAKI, 18 apr — Sputnik. Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq "Veysəloğlu" şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib. Bu barədə Sputnik Azərbaycan-a şirkətin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Belə ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.

Xəbər lenti
0