BAKI, 18 apr — Sputnik. 18 aprel 2017-ci il tarixində Mərkəzi Bankda (MB) Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib.
MB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb.
Aprelin 18-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7026 manat təşkil edir.