CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ən çox heykəl ucaldılan rayon

© Sputnik / Ilham MustafayevSəməd Vurğun yaradıcılığına həsr olunmuş heykəl
Səməd Vurğun yaradıcılığına həsr olunmuş heykəl - Sputnik Azərbaycan
Abunə olmaq
Bu rayonda 60-a yaxın tanınmış şəxsə heykəl ucaldılıb, büstlər qoyulub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 apr — Sputnik. Qazax rayonu Azərbaycanda ən çox heykəl olan rayon hesab edilir. Burada 60-a yaxın tanınmış şəxsə heykəl ucaldılıb, büstlər qoyulub.

© Sputnik / Ilham MustafayevMolla Vəli Vidadi (solda) və Molla Pənah Vaqifin qoşa heykəli
Molla Vəli Vidadi (solda) və Molla Pənah Vaqifin qoşa heykəli - Sputnik Azərbaycan
Molla Vəli Vidadi (solda) və Molla Pənah Vaqifin qoşa heykəli

Qazax sakinləri rayon ərazisində heykəllərin çox olmasını bu torpaqdan xeyli sayda məşhur hərbçinin, şair və yazıçının çıxması, eyni zamanda onlara verilən dəyərlə əlaqələndirirlər. Uzun müddət mədəniyyət və turizm sahəsində çalışmış Qazax sakini Nofəl Qurbanov, rayon ərazisində 60-a yaxın heykəl, büst və barelyeflərin olduğunu deyir.

© Sputnik / Ilham MustafayevMehdi Hüseynin heykəli
Mehdi Hüseynin heykəli - Sputnik Azərbaycan
1/6
Mehdi Hüseynin heykəli
© Sputnik / Ilham MustafayevŞəhid Qaratel Hacımahmudovanın xatirəsinə ucaldılmış heykəl
Şəhid Qaratel Hacımahmudovanın xatirəsinə ucaldılmış heykəl - Sputnik Azərbaycan
2/6
Şəhid Qaratel Hacımahmudovanın xatirəsinə ucaldılmış heykəl
© Sputnik / Ilham MustafayevSovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin büstü
Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin büstü - Sputnik Azərbaycan
3/6
Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin büstü
© Sputnik / Ilham MustafayevDədə Qorqudun heykəli
Dədə Qorqudun heykəli - Sputnik Azərbaycan
4/6
Dədə Qorqudun heykəli
© Sputnik / Ilham MustafayevGörkəmli yazıçı İsmayıl Şıxlının heykəli
Görkəmli yazıçı İsmayıl Şıxlının heykəli - Sputnik Azərbaycan
5/6
Görkəmli yazıçı İsmayıl Şıxlının heykəli
© Photo : STRKosmonavtika mövzusunda kompozisiya
Kosmonavtika mövzusunda kompozisiya - Sputnik Azərbaycan
6/6
Kosmonavtika mövzusunda kompozisiya
1/6
Mehdi Hüseynin heykəli
2/6
Şəhid Qaratel Hacımahmudovanın xatirəsinə ucaldılmış heykəl
3/6
Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin büstü
4/6
Dədə Qorqudun heykəli
5/6
Görkəmli yazıçı İsmayıl Şıxlının heykəli
6/6
Kosmonavtika mövzusunda kompozisiya

"Bu abidələrin əksəriyyəti şəhərin mərkəzində yerləşən Fəxri Qazaxlılar Parkında yerləşir. Tək bu parkda dahi Azərbaycan şairləri Vaqif, Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseynin böyük heykəlləri ilə yanaşı, Qazax torpağının yetirmələri olan dünya şöhrətli şəxsiyyətlərin — ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Mill Qəhrəmanı Tahir İsayevin, Azərbaycanın xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Azərbaycanın xalq şairləri Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidovun, görkəmli saz ustadı Ədalət Nəsibovun, akademik Teymur Bünyadovun barelyefləri yer alır" — N. Qurbanov bildirir.

© Sputnik / Ilham MustafayevQazax rayonunun girişi
Qazax rayonunun girişi - Sputnik Azərbaycan
Qazax rayonunun girişi

Qazaxdakı heykəllərin böyük əksəriyyətinin müəllifi olan heykəltəraş Ramiz İsmi Qaya deyir ki, insanlar xüsusiliyinə, şəxsiyyətinə, şücaətinə görə abidələşdirilir: "Heykəllərin çox olma səbəbi Qazaxda bir çox ilklərə imza atmış insanların, hərbçilərin, şair və yazıçıların çox olması ilə əlaqədardır. Bu, həm də onu göstərir ki, Qazax öz şəxsiyyətlərini unutmur, onların adlarını, simalarını əbədiləşdirir, gələcək nəsillərin də onları tanımasına vəsilə olur".

Xəbər lenti
0