Müxalifətin lideri Ərdoğanı Koroğlu ilə vurdu

© Presidential Press Service, Kayhan Ozer/Pool Photo via APRəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu
Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Kamal Kılıçdaroğlu: "Tarix oğruları heç vaxt yazmayacaq"

BAKI, 18 apr — Sputnik. "İki milyon yarım səsin hara getdiyi bəlli olmayan referendumdan sonra prezident Ərdoğan dedi ki, atı alan Üsküdarı keçib. Mən indi buradan prezidentə cavab verirəm. Əslində Üsküdarı keçən atı minən deyil, oğurlanan atını geri alan Koroğludur. Tarix isə oğruları heç vaxt yazmayacaq".

Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısındakı çıxışı zamanı deyib.

Müxalifətin lideri türk xalqına müraciət edərək onları "saxta referenduma qarşı etiraz səslərini çıxarmağa" çağırıb.

Xəbər lenti
0