Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sahibkarlar əlavə yükdən azad oldular

© Sputnik / Murad OrujovElektron Gömrük xidmətlərindən istifadə edən vətəndaş
Elektron Gömrük xidmətlərindən istifadə edən vətəndaş - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bu istiqamətdə sadələşmə, xərclərin azaldılması xüsusilə idxal bazarında əhəmiyyətli ola bilər"

BAKI, 17 apr — Sputnik. Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişiklik edib. İndiyədək gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı, yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı təqdim edilməsi tələb olunub. Dəyişikliyə əsasən, bu sertifikatlar tələb edilən sənədlər sırasından çıxarılıb. Bitki və bitkiçilik məhsulları ixrac edildikdə fitosanitar sertifikatı da tələb olunmayacaq.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

İndiyədək etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya) tələb olunub. Dəyişikliyə əsasən, bundan sonra yalnız bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı lisenziya tələb olunacaq.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dəyişiklik indiki şərtlər daxilində müsbət qiymətləndirilə bilər: "Bəzi hallarda izah edilə bilər ki, bir çox ölkələrdə alkoqollu içkilərin, tütün məmulatlarının idxal və ixrac prosesi lisenziyalaşdırılmış şəkildə təşkil olunur. Amma təcrübə göstərir ki, bir sıra hallarda Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektləri müxtəlif formada rəsmi qurumların subyektləri ilə münasibətləri dərinləşdirərək faktiki olaraq lisenziyadan inhisarçı alət olaraq istifadə edir".

İqtisadçının fikrincə, bir sıra hallarda idxal edilən məhsullara lisenziyaların verilməsində müəyyən baryerlər ortaya çıxırdı: "Spirtli içkilər və tütün məhsulları bazarında hələ də inhisarçı təşəbbüslər qalmaqda idi. Bu kimi mənfi halların aradan qaldırılması ilə bazarın daha da liberallaşdırılması, eyni zamanda, xüsusilə devalvasiyadan sonra bu məhsulların qiymətində ciddi artımların müəyyən qədər qarşısının alınması və yaxud da ucuzlaşma halları mümkündür. Bundan başqa, bu sektorda fəaliyyət göstərən subyektlərin sayının çoxalması əlavə iş yerlərinin yaranması deməkdir".

"Bütövlükdə götürəndə, burada əsas maraqlı məqam, məhz ixrac ilə bağlıdır. Azərbaycan xüsusilə də son dövrlərdə qeyri-neft məhsullarının ixracı ilə bağlı prosedurların sadələşdirilməsi və bu məhsulların dünya bazarlarına çıxışının asanlaşdırılması istiqamətində müəyyən addımlar atır. Azərbaycan özü istehsalçısına hansısa formada administrativ əngəllər yaradırsa, bu, son nəticədə ixracda özünü göstərir. Artıq birinci rübün nəticələrindən məlum olub ki, ölkədə qeyri-neft ixracı üzrə ümumi ixracın həcmi 270 milyondur. Baxmayaraq ki, bu göstərici ötən illə müqayisədə 11 faiz artıb. Amma kifayət qədər kiçik bir rəqəmdir" — R. Həsənov vurğulayıb.

© Photo : Из личного архива Э. БагирзадеElşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Onun sözlərinə görə, Azərbaycanın idxalı təxminən 10-12 milyard ABŞ dolları ətrafındadır: "İl ərzində isə qeyri-neft ixracı heç 1,2 milyarda çatmır. Bu istiqamətdə daha fəal siyasətin həyata keçirilməsinə ehtiyac var. Addımlar atılır və bunlardan biri kimi, qeyd edilən məhsulların ixracı ilə bağlı sertifikatın, lisenziyanın tələb edilməməsi, kiçik və orta sahibkarlığın prosesə cəlb edilməsi yolu ilə ölkənin ixraca meylli təşəbbüskarlığını genişləndirmək olar".

"Bu istiqamətdə sadələşmə, xərclərin azaldılması xüsusilə idxal bazarında müəyyən qədər əhəmiyyətli ola bilər. Prosedurların sadələşdirilməsi illeqal davranışların müəyyən qədər məhdudlaşmasına gətirib çıxarda, qiymətlərin cüzi də olsa, aşağı düşməsini şərtləndirə bilər" — deyə iqtisadçı qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə isə Sputnik Azərbaycan-a açıqlamasında qərarın bu sahədəki sahibkarlıq fəaliyyətini stimullaşdırmağa yönəldiyini deyib: "Bu sektorlarda qısa müddətdə yüksək əlavə dəyər yaratmaq mümkündür. Yəni, əsas hədəf bu sektorlarda sahibkarlıq fəaliyyətini canlandırmaqdır".

Mütəxəssisin sözlərinə görə, lisenziya sahibkarlar üçün həm maddi, həm də zaman baxımından əlavə yükdür: "Bu sahələrdə sertifikat və lisenziyaların müəyyən qədər keyfiyyəti təmin etmək baxımından bir üstün cəhəti var. Amma düşünürəm ki, hökumət burada daha çox işi asanlaşdırmaq, sahibkarları stimullaşdırmaq üçün bu məhdudiyyətləri aradan qaldırıb. Amma dünyanın müxtəlif ölkələrində bu məhdudiyyətlər var. Hökumətin seçdiyi bu prioritet indiki mərhələdə daha doğrudur".

Xəbər lenti
0