CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili bir daha siqaret məsələsinə toxundu

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rüfət Quliyev: "Bəzi saytlar çıxışımın mahiyyətini düz başa düşməyərək qeyri-obyektiv və təhrif olunmuş məlumatlar yayıblar"

BAKI, 17 apr — Sputnik. Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev bildirib ki, onun Milli Məclisdə plenar iclas zamanı tütünçülüklə əlaqədar çıxışından sonra bəzi saytlar çıxışın mahiyyətini düz başa düşməyərək qeyri-obyektiv və təhrif olunmuş məlumatlar yayıblar.

Rüfət Quliyev bildirib ki, o çıxışında belə bir qanunun qəbulunu müsbət hal kimi qiymətləndirib və qeyd edib ki, oxşar qanunlar bir çox ölkələrdə də qəbul olunub: “Bizim qəbul edəcəyimiz qanun isə siqaret istehlakçılarının hüquqlarını daha çox qoruyur. Qanun layihəsində nəzərdə tutulan iş yerlərində, otel və mehmanxanalarda, restoran, bar və digər iaşə obyektlərində siqaret çəkənlər üçün xüsusi yerlərin ayrılması çox təqdirəlayiqdir”. 

Siqaretin reklamının qadağan olunmasına toxunan deputat vurğulayıb ki, siqaret insan orqanizmi üçün bir sıra fəsadlar törədir və ona görə də onun reklamı yolverilməzdir: "Hətta xarici ölkələrin bəzilərində siqaretin antireklamı məqsədilə siqaret qutularının üzərində diqqəti cəlb edən əlavə şəkil və işarələrin əks olunmasına icazə verilmir və yalnız siqaretin adı yazılır". 

Deputat təklif edib ki, xaricdən idxal olunan siqaretlərdən büdcəyə ayırmaların məbləğini artırmaq üçün onlardan tutulan gömrük vergilərinin məbləği də artırılsın: “Bu, idxal olunan siqaretlərin qiymətinin artmasına səbəb ola bilər. Ancaq bundan qorxmaq lazım deyil. Çünki bundan həm büdcə qazanacaq, həm də daxili istehsalın inkisafı üçün katalizator rolunu oynayacaq. Hazırda yerli siqaretlərin qiyməti xarici siqaretlərdən 2 dəfəyə qədər ucuzdur. Xarici siqaretlərin qiyməti müəyyən qədər artırılsa, siqaret istehlakçıları daha çox yerli siqaretdən istifadə edəcək, bu da son nəticədə yerli tütünçülüyün və istehsalın artmasına gətirib çıxaracaq və eyni yerli məhsulun qiymətidə ucuzlaşacaq. Yəni istehlakçıları üçün geniş seçim imkanı yaranacaq”. 

Xəbər lenti
0