Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəza, yoxsa şahidin aradan götürülməsi?

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qəzada ölüb

BAKI, 17 apr — Sputnik. Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxslərdən birinin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işində zərərçəkmiş kimi tanındığı müəyyənləşib.

APA-nın məlumatına görə, hadisədə ölən Quliyev Gülağa Məhərrəm oğlu digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub. Ötən iclasda ifadə verən G.Quliyev bildirib ki, 2015-ci ildə N. Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G. Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını söyləyib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G. Quliyev və sərnişinləri, paytaxt sakinləri — Narif Sadıxovla qardaşı Elçin hadisə yerində ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0