BAKI, 17 apr — Sputnik. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə açıq qapı günləri elan olunur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 18 aprel 2017-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərində açıq qapı günləri elan olunur.
Bu səbəbdən sabah bütün qoruq və muzeylərə giriş pulsuz olacaq.