BAKI, 17 apr – Sputnik. "Şimali Koreyaya olan səbrimiz artıq bitib". Sputnik Azərbaycan “The Guardian”a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens Cənubi Koreyada səfərdə olarkən jurnalistlərlə görüşündə deyib.
“Pxenyan rəhbərliyinə səslənirəm. Daha strateji səbir zamanı başa çatdı. Onların axmaq hərəkətlərinə qarşı cavab tədbirləri hazırlayırıq. Şimali Koreya ABŞ və müttəfiqlərinin qətiyyətinə şübhə etməsin” – Maykl Pens bildirib.