BAKI, 17 apr — Sputnik. Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum başa çatıb. Qeyri-rəsmi məlumata görə, referendumda cüzi səslə "evet" tərəfdarları qalib gəlib.
Referendumun nəticələrinə görə, Konstitusiyaya ediləcək 18 dəyişiklikdən 15-i dərhal deyil, 2019-cu il noyabrın 9-da həyata keçəcək. Amma 3 dəyişikliyin dərhal qüvvəyə minməsi nəzərdə tutulub. Rəcəb Tayyib Ərdoğan da, vaxt itirmədən konstitusiyada dəyişdirilməsi nəzərdə tutulan 18 maddədən 3-nün dərhal yenidən işlənməsi üçün hərəkətə keçib.
Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən, Ərdoğanın təcili dəyişiklik olunmasını istədiyi maddələri təqdim edir:
1. Hakim və prokurorlar heyəti (HSYK), 30 gün ərzində yenidən formalaşacaq
2. Hərbi məhkəmələr dərhal ləğv ediləcək
3. Prezidentin hər hansı partiyaya üzvlük haqqı təmin olunacaq.