BAKI, 17 apr – Sputnik. Filippin prezidenti Rodriqo Duterte Amerika lideri Donald Trampı “realist və praqmatik mütəfəkkir” adlandırıb. Bu barədə Philippine Star məlumat verir.
Onun fikrincə, Tramp səfeh olsaydı, o qədər var-dövlət qazana bilməzdi.
"Tramp müdrik adamdır" – deyə Duterte bildirib. Filippin lideri qeyd edib ki, onu Trampla müdriklik birləşdirir.
Daha öncə, Barak Obamanın hakimiyyəti dövründə Filippin prezidenti ABŞ-la əlaqələri kəsmək niyyətində olduğunu bildirmişdi. Tramp prezident seçiləndən sonra Duterte “onunla iş görməyin mümkün olduğunu” bildirmişdi.
May ayında ABŞ və Filippin silahlı qüvvələri birgə hərbi təlimlər keçirəcəklər. Duterte prezident seçiləndən sonra bu iki ölkənin ilk birgə hərbi manevri olacaq.