Neftdən sonra ölkəyə ən çox valyuta gətirən məhsul bəlli oldu

© pixabay / sunnysun0803Фундук
Фундук - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident 2016-cı ildə ölkəyə ən çox valyuta gətirən məhsulları açıqlayıb

BAKI, 17 apr — Sputnik. Azərbaycan prezidenti 2016-cı ildə ölkəyə ən çox valyuta gətirən məhsulları açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib ki, birinci yerdə fındıqdır. Bu məhsul ölkəmizə 105 milyon dollar valyuta gətirib.

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində prezident İlham Əliyevin çıxışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyevdən siqaret açıqlaması gəldi

“Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olub. Bu il 100 ton olacaq. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik" — Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, eyni zamanda, bu il badam bağlarının salınmasına başlanılıb. Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var: "Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə, indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki, buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki, ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var".

"Deməli, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır — 68 milyon dollar, dördüncü yerdə şəkərdir – 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni, idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər”, — deyə İlham Əliiyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, beşinci yerdə pambıq qərarlaşıb: “Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik. Məndə siyahı böyükdür. Burada sənaye, ərzaq, kənd təsərrüfatı malları var. Bu gün müşavirənin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri sahibkarların suallarına cavab verəcəklər və bu məsələləri daha da geniş işıqlandıracaq”.

Xəbər lenti
0