Avropa Şurası Türkiyədə keçirilən referendumu dəyərləndirdi

© AFP 2024 / ADEM ALTAN Tyorbörn Yaqland, arxiv şəkli
Tyorbörn Yaqland, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baş katib: "Çox diqqətli olmaq lazımdır. Hüququn üstünlüyü qorunmalıdır".

BAKI, 17 apr — Sputnik. Türkiyədəki referendumun nəticələri ilə Avropa Şurasından ilk reaksiya verilib. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, Şuranın baş katibi Tyorbörn Yaqland, Ankaranı bundan sonra atacağı addımlarda diqqətli olmağa çağırıb.

"Referendumun nəticələrinə görə, türklər yeni siyasi idarəetmə sisteminə keçidə dəstək verdilər. Bundan sonra əsas məsələ, hökumətin atacağı addımlardır. Burada çox diqqətli olmaq lazımdır. Hüququn üstünlüyü qorunmalıdır. Avropa Şurası bu müddət ərzində Türkiyəyə dəstək olmağa hazırdır" — Yaqland bildirib.

Xəbər lenti
0