BAKI, 16 apr — Sputnik. Bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda seçici fəallığı məlum olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, seçicilər 167 min 140 seçki məntəqəsində səs veriblər.
İlkin məlumata görə, seçici fəallığı 84.05 faiz olub.
Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub.