BAKI, 16 apr — Sputnik. Hacıqabul rayonunda ov edən turistlərin atdığı güllələrdən biri yol ilə hərəkət edən avtomobilə dəyib.
"Report" xəbər verir ki, ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun qabaq şüşəsinə dəyib.
Hacıqabulda ərəb ovçuların vurduqları mikroavtobus
Hacıqabulda ərəb ovçuların vurduqları mikroavtobus
İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.
Hacıqabulda ərəb ovçuların vurduqları mikroavtobus
Hacıqabulda ərəb ovçuların vurduqları mikroavtobus
Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.