Ərdoğan: "Referendumun nəticələri Türkiyə dövlətinə xidmət edəcək"

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti konstitusiya referendumunun nəticələrini şərh edib

BAKI, 16 apr — Sputnik. "Konstitusiya referendumunun nəticələri Türkiyə dövləti və xalqının rifahı naminə xidmət edəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

Türkiyədə bu gün keçirilmiş Konstitusiyaya dəyişikliklərə dair referendumda verilən səslərin 99,33%-i sayılıb. Bu nəticələrə görə, dəyişiklikləri 51,36% (24.935.426 nəfər) seçici dəstəkləyib. Dəyişikliklərin əleyhinə isə 48,64% (23.616.345 nəfər) seçici səs verib.

Xəbər lenti
0