Ərdoğandan referendumla bağlı mühüm açıqlama

© AFP 2024 / ILYAS AKENGIN Türkiyədə referendum
Türkiyədə referendum - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən referendimda səs verib

BAKI, 16 apr — Sputnik. Bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumda İstanbulun Üsküdar məhəlləsindəki Saffet Çebi orta məktəbində səs verib. Ərdoğan seçki məntəqəsində verdiyi açıqlamada referendumda iştirak faizinin yüksək olacağını bildirib.

Politoloq Yılmaz Altınsoy - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Türkiyədə referendum və ölkənin xarici siyasəti

Türkiyənin baş naziri Bülənt Yıldırım da artıq səs verib. Yıldırım ondan açıqlama istəyən jurnalistlərə "bura eyvan deyil" cavabını verib. Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu isə səs verəndən sonra "Türkiyənin taleyini həll edirik" ifadəsini işlədib.

Türkiyənin əksər bölgələrində isə səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatacaq. Ölkənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitəcək. Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Xəbər lenti
0