İlham Əliyev: "Bu referendum Türkiyə tarixində yeni mərhələnin başlanğıcı olacaq"

© Photo : Официальный сайт Президента АзербайджанаПрезиденты Азербайджана и Турции выступили с заявлением для прессы
Президенты Азербайджана и Турции выступили с заявлением для прессы - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib

BAKI, 16 apr — Sputnik. Aprelin 16-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər lenti
0