CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki metrlik piton narkotik asılılığından müalicə olunur

© Photo : Dylan RobinsonNarkotik asılılığı olan piton
Narkotik asılılığı olan piton - Sputnik Azərbaycan
Abunə olmaq
O özünü başqa pitonlar kimi deyil, çox aqressiv və dəyişkən aparır

BAKI, 16 apr — Sputnik. Avstraliyada iki metrlik piton ilanı narkotik asılılığından müalicə edirlər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumatı Northern Star nəşri yayıb.

Windsor Correctional Centre inmate Minas Kassiotis cares for the jungle python, which was addicted to the drug ice.

Piton metamfetamin hazırlanan yeraltı laboratoriyada yaşayırmış. Kimyəvi dumanlar və havaya buxarlanan narkotik vasitələrin hissəcikləri pitonu narkomana çevirib.

Təyyarədəki ilan - Sputnik Azərbaycan
Təyyarədə ilan şoku

Polis reydi zamanı bu sürünən varlıq hüquq-mühafizə orqanlarının əlinə düşüb. Onu Sidneydəki heyvanlar üçün olan nəhəng həbsxana kompleksinə göndəriblər. 

Kompleksin əməkdaşı İena Mitçellanın sözlərinə görə, əvvəlcə ilan özünü sakit, sonra isə aqressiv və proqnozlaşdırılmaz tərzdə aparıb. Adəti üzrə sakit və yavaş olan digər pitonlardan fərqli olaraq, sözügedən piton yerləşdirildiyi konteynerdə fasiləsiz olaraq sürünüb və özünü ora-bura vurmağa başlayıb.

The slippery customer had previously shown aggressive behaviour.

Sürünənin narkomaniya asılılığından tamamilə xilas olması üçün yeddi ay tələb olunur. Hazırda ona yeni sahib axtarılır.

Xatırladaq ki, aprelin əvvəllərində ABŞ-ın Florida ştatının cənubunda tünd zolaqlı piton aşkarlanıb. Onun uzunluğu 5 metr, çəkisi isə 65 kq olub.

Xəbər lenti
0